11 oktyabr 2024 00:14
427

Çətin ki, çəki atasınız

(Bu vitamin və minerallar çatışmazsa arıqlaya bilmərsiniz)

Bəzi vitamin və mineral əskiklikləri metabolizmanı yavaşaldır, enerji səviyyələrini düşürə bilir və orqanizmin ümumi funksiyalarına təsirsiz ötüşmür.

D vitamini çatışmazlığı

Metabolizmaya kəskin təsir edir, yağ depolanmasına səbəb olur. Vücudda kalsium sorulmasını və insulin dirəncini artırır.

Dəmir çatışmazlığı

Enerji səviyyələrini aşağı salır. Dəmir əskikliyi anemiya ilə nəticələnir ki, bu da orqanizmdə yorğunluq, halsızlıq və aşağı enerjiyə səbəb olur. Bu durum insanın məşq etmək əzmini azaldaraq kilo itkisini çətinləşdirir.

Maqnezium çatışmazlığı

Əzələ funksiyalarına təsir edir. Maqnezium əzələlər və enerji yaradılması üçün önəmlidir. Əskikliyi əzələlərin zəifləməsinə və gücsüzlüyə səbəb olur. Aşağı maqnezium səviyyəsi kilo almağa səbəb olan insulin dirəncini artıra bilir.

B vitaminləri çatışmazlığı

B vitaminləri-B 12, B 6, fol turşusu orqanizmin enerji hasilində, yağ, karbohidrat və protein metabolizmasında mühüm rol oynayır. Xüsusilə, B 12 əskikliyi enerji səviyyələrini düşürə bilir və maddələr mübadiləsini yavaşladır.

Sink çatışmazlığı

Sink orqanizmdə iştaha nəzarət edən hormonları və metabolik funksiyaları “səhmana salır”. Əskikliyi metabolizmanın yavaşlamasına və iştahın artmasına səbəb olur. Bu da kökəlməyə və ya çəki atmaqda çətinliyə yol açır.

Yod çatışmazlığı

Yod tiroid hormonu ifrazı üçün vacibdir. Yod çatışmazlığı hipotiroidizmə yol açaraq maddələr mübadiləsini zəiflədir. Bu isə çəki atmağa mane ola bilər və ya kökəlməyə zəmin yaradar.

Omeqa 3 yağ turşuları çatışmazlığı

Omega 3 yağ turşuları orqanizmdə qan şəkərinin səviyyəsinin normallaşmasına kömək edir. Əskikliyi yağ depolanmasını artıra bilər və ya çəki atmağı çətinləşdirər.

Bundan başqa omeqa 3 çatışmadıqda vücudda xroniki iltihablanma artır və artıq çəkidən qurtulmaq olmur.

Çəki atmağı çətinləşdirən digər amillər metabolizma səviyyəsi, hormonal pozğunluq, yanlış qidalanma, düzənsiz yuxu, hərəkət azlığı, psixoloji faktorlar, müəyyən dərmanların qəbulu, sosial və ətraf mühit faktorları, bağırsaq sağlamlığı və s. də ola bilər.

Nubar Süleymanova, “İki sahil”