11 oktyabr 2024 11:21
86

Rəşad Məcid: Dezinformasiya ilə mübarizədə medianın fəaliyyətini yüksək qiymətləndirirəm

Dezinformasiya ilə mübarizədə Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın fəaliyyəti təqdir olunmalıdır:

"Dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın, xüsusilə də televiziyaların fəaliyyətini yüksək qiymətləndirirəm. Medianın İnkişafı Agentliyi və Azərbaycan Televiziyasının birgə təşkil etdiyi "MediaLab" layihəsini də uğurlu hesab edirəm".