Hazırda uyğunlaşmaya dair dövlət proqramlarının və davamlı, kontekstual, uzunmüddətli iqlim tədbirlərinin hazırlanmasının təşviqinə xüsusi diqqət yetirilir.
“İki sahil” xəbər verir ki, bunu Vanuatunun Belçika və Avropa İttifaqındakı səfirliyinin birinci katibi Dreli Solomon Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
"Biz inkişafın bütün spektrini kompleks şəkildə nəzərdən keçirir və bir sıra problemləri eyni vaxtda həll etmək üçün maliyyə, insan və texniki resursların bölüşdürülməsini razılaşdırırıq", - o bildirib.
D.Solomonun sözlərinə görə, iqlim maliyyəsi ada dövlətləri üçün iqlim dəyişikliyi böhranının həllində mühüm rol oynayır, onlara iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma sahəsində layihələr həyata keçirməyə imkan verir.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək