11 oktyabr 2024 14:59
114

Xalqın yaddaşında əbədi yaşayacaq tarix

15 oktyabr 2023-cü il Azərbaycan  xalqı  üçün tarixi bir gündür. Azərbaycan  Respublikasının   Prezidenti   İlham Əliyev oktyabr ayının 15-də  Xankəndi şəhərində  Azərbaycan Respublikasının  Dövlət  bayrağını ucaldıb. 

“Düz  20 il bundan əvvəl  Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində  Prezident  vəzifəsinə  seçilmişdir. O  vaxt  doğma xalqına müraciət  edərək söz  vermişdim ki,  Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm. Şadam  ki, son 20 il ərzində verdiyim bütün vədlər,  qarşıma  qoyduğum bütün vəzifələr  icra  edildi “. Bu Prezident  İlham Əliyevin  Xankəndi şəhərində Azərbaycan xalqına müraciətindəndir. Artıq  o gündən düz 1 il keçir. Azərbaycan  xalqı ürəkdən sevinir, “Allaha şükür“ deyir.

Mən özüm  Xankəndi sakiniyəm. Bu günü biz 30 ildən çox gözləmişik . Ancaq inanırdıq ki, bu gün gələcək. Bu illər ərzində  Azərbaycan gücləndi .Azərbaycan dünya miqyasında  özünə  layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünya dünyada  hesablaşırlar. Güclü  iqtisadiyyat müstəqillik deməkdir. Əsl müstəqilliyə  nail olmaq üçün güclü olmalıdır. Biz ordumuzun qəhrəmanlığını , şücaətini 44 günlük müharibədə 23  saatlıq  davam  edən anti-terror əməliyyatında  gördük. Biz  haqlı olaraq  ordumuzla fəxr edirik. Bu  gün üçün  Vətən uğrunda ölümə  gedən igid, mərd  Azərbaycan övladlarına borcluyuq. Allah  bütün şəhidlərimizə rəhmət eləsin , qazilərə can sağlığı versin.İndi Xankəndinə, Xocalıya gedəndə  böyük qurur hiss keçiririk.

Bu  bizim xalqımızın  başda Ali Baş komandan  olmaqla böyük qələbəsidir.  Xalqımız  bu qələbəni öz canı , qanı bahasına əldə etmişdir. İlham Əliyev  cənablarının qaldırdığı bu bayraq burada əbədi dalğalanacaq  və biz burada  əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ  Azərbaycandır.

Sevda Bağırova,
56 nömrəli tam orta məktəbin Tarix müəllimi