12 oktyabr 2024 01:57
533

Qoy Oskanyan “məsləhət”i haylarına versin...

Son günlər, daha doğrusu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Qərbin Azərbaycana təzyiqləri özünün pik nöqtəsinə çatıb desək, yanılmarıq. Bu “proses”də ilanlara zəhər verən kərtənkələlər, yəni haylar da xüsusi fəallıq göstərirlər. Hətta onlar öz iyrənc niyyətlərinə çatmaq məqqsədilə bu qərəzli hücumlarda Qərbin rəsmilərinə “yol” da göstərirlər. Belə ki, bu günlərdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi, qocaldıqca ağlını itirən Vardan Oskanyan Amerikanın  “Newsweek” jurnalında yazıb ki,  ABŞ və Avropa İttifaqının rəhbərliyi “təşəbbüsü” öz üzərinə götürməli və Bakının erməni məhbusları azad etməsi üçün COP29-dan təsir rıçaqları kimi istifadə etməlidir.

Bu üzdəniraq “siyasətçi” hətta həmin terrorçu və separatçıları mübarizə aparan “xalqın qanuni nümayəndələri” kimi qələmə verməyə çalışır. Oskanyanın fikrincə, guya onların saxlanılması beynəlxalq hüququn ciddi şəkildə pozulması və qlobal diplomatik prosesin legitimliyinə meydan oxumaqdır. Amma bu bədbəxt hələ də anlamır ki, Bakıda həbsxanada olan terrorçu və separatçıların, yəni Araik Arutyunyanın, Bako Saakyanın, Ruben Vardanyanın, Davit İşxanyanın, Davit Babayanın, Levon Mnatsakanyanın və digərlərinin Nyu-Yorkda dünya ticarət mərkəzini partladanlardan heç bir fərqi yoxdur. Yəni, terrorçu terrorçudur. Bu mənada onların məhkəmə qarşısında cavab vermələri beynəlxalq hüquqa əsaslanır.

Oskanyan, həmçinin xatırladıb ki,  guya  bir il əvvəl Azərbaycan Qarabağdakı erməni əsilli şəxslərini öz evlərini tərk etməyə məcbur edib. Halbuki, Azərbaycan erməni əsilli şəxslərə Qarabağda qalıb yaşamaları üçün hər cür şərait yaratmışdı, həm də onların təhlükəsizliyinə təminat vermişdi. Bunun müqabilində isə  onlardan sadəcə yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək. Bütün bunları sübut edən kifayət qədər faktlar da var. Amma onlar separatçıların təhriki ilə bundan imtina etdilər. Çünki separatçılar erməni əsilli şəxslərin bölgədən guya zorla çıxarıldıqlarına dair beynəlxalq rəy formalaşdırmaq və bu yolla Azərbaycana təzyiq göstərmək istəyirdilər. Yəni, bu məsələdə beynəlxalq təminat almağa çalışırdılar. Amma faktlara əsaslanan rəsmi Bakı qətiyyətli və prinsipial gedişləri ilə separatçıların bu niyyətini fiaskoya uğratdı. Şübhəsiz, belə olan halda Oskanyanın səsləndirdiyi bu fikir cəfəngiyyatdan başqa bir şey deyil.

Qarabağı Ermənistanın tarixi əraziləri kimi təqdim edən  qaragüruhçu Oskanyan utanıb-qızarmadan azad edilmiş məkanlarda guya onlara məxsus abidələrin məhv edildiyini bildirib. Bununla da o, özlərinin törətdikləri cinayətləri Azərbaycanın adına yazmaq istəyir. Əslində isə Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra əslində ermənilərə deyil, Qafqaz albanlarına məxsus olan həmin abidələrə də öz mədəni irsi kimi yanaşır. Elə son 4 ildə həmin məkanlarda aparılan abadlıq-quruculuq işləri də bunu sübut edir. Şübhəsiz, bütün bunları insanlıq simasını itirmiş Oskanyan da yaxşı bilir.

Bütün bunlar azmış kimi bu üzdəniraq “siyasətçi”  Azərbaycanı guya sülhə sadiq olmamaqda ittiham edib. Bu yerdə deyiblər, utanmasan, oynamağa nə var ki… Halbuki, Cənubi Qafqazda sülhün bərqərar olunmasına mane olan, ABŞ, Fransa kimi havadarlarının diktəsi ilə oturub-duran, onların “xeyir-duası” ilə silahlanan, ölkəmizə qarşı ərazi iddiasında olan və bununla da bölgəni müharibəyə sürükləyən Ermənistandır. Onu da qeyd edək ki, İrəvan rəsmiləri hansısa görüşlər və tədbirlər çərçivəsində çıxışlarında və ya açıqlamalarında xəstə erməni təfəkküründən irəli gələrək reallıqları təhrif edir və əsl həqiqətlərə kölgə salırlar. Bu isə sülh prosesinə əngəl yaradır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin danışıqlarda gah nala, gah mıxa vurmaları təcavüzkar ölkənin sülhdə  maraqlı olmadığını nümayiş etdirir.

Müstəqil xarici siyasət yürüdən, heç bir dövlətin əlində alət olmayan Azərbaycan isə bütün bunlara rəğmən hələ də sülhdə israrlıdır və İrəvandan fərqli olaraq, müxtəlif platformalarda sülh danışıqları prosesinin müsbət nəticə verməsi üçün bütün addımları atıb və atmaqdadır. Çünki özünü hələ də Hayastanın xarici işlər naziri vəzifəsində görən Oskanyandan fərqli olaraq, Azərbaycan rəsmiləri yaxşı dərk edirlər ki, Cənubi Qafqazın nicatı yalnız sülhdədir. Bir sözlə, Oskanyan hələ də başa düşmür ki, 2020-ci ilin Vətən müharibəsindən, xüsusilə ötən il keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra bölgədə tamamilə yeni reallıqlar formalaşıb. Artıq Azərbaycan bölgədə söz sahibi olan, özünün maraqlarını qorumağa qadir ölkədir.

Məqaləsinin sonunda isə Oskanyan, əgər belə demək mümkünsə lap “gül” vurub:  “Dünya ictimaiyyəti, xüsusən də ABŞ kimi dövlət qurumları Azərbaycandan qanunsuz olaraq həbs etdiyi erməni hərbi əsirləri və siyasi liderləri azad etməyi tələb etməlidir. Və bu tələb rədd edilərsə, onlar konfransı boykot etməyə və ya aşağı səviyyəli nümayəndə heyətlərini göndərməyə hazır olmalıdırlar”. Oskanyan unutmasın ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un boykotundan söhbət gedə bilməz. Üstəlik, bu tədbirdə yüksək səviyyəli rəsmilərin iştirak edəcəkləri artıq öz təsdiqini tapıb. Çünki dünya artıq kimin kim olduğunu yaxşı dərk edir. Bu isə o deməkdir ki, Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənməyə çalışan, Azərbaycanı yarımçıq sülh müqaviləsini imzalatmağa cəhdlər göstərən oskanyanların güvəndiyi Qərbin, o cümlədən ABŞ-ın ölkəmizə qarşı qarayaxma kampaniyaları artıq fiaskoya uğrayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”