Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Dubayda COP28-də əldə edilən nəticələrin davamlılığının və inkişafının təmin edilməsində mühüm rol oynayır.
“İki sahil” xəbər verir ki, bunu iqlim məsələləri üzrə Avropa komissarı Vopke Hukstra ADA Universitetində keçirilən "Qlobal Perspektivlər" adlı mühazirələrdə deyib.
Avropa komissarı qeyd edib ki, ötən il Dubayda keçirilən iqlim konfransı uğurlu olub: “Ötən ilki konfrans onunla əlamətdar oldu ki, bir çox məsələlər üzrə razılıq əldə edə bildik. COP29 xüsusilə vacibdir. Çünki biz bu sazişlərin nə dərəcədə effektiv işlədiyini qiymətləndirməliyik. İqlim dəyişikliyi kimi mühüm qlobal problemi həll etmək üçün həmrəylik ruhunda birgə işləməyə davam edə biləcəyimizi anlamaq vacibdir”.
V.Hukstra dünya iqlim konfransına hazırlıqdan danışarkən Pre-COP29-u yada salıb: “Hesab edirəm ki, Pre-COP29 real danışıqlara hazırlıq üçün əla platforma olub. Konfransın özünü səbirsizliklə gözləyirəm ki, orada iştirak edim. Qarşıda bizi çox iş gözləyir”.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək