Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib.
“İki sahil” xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayonunun Sərçuvar kənd sakini Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub. Sürücü, ağır xəsarət alan piyadanı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırsa da, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.