12 oktyabr 2024 12:28
284

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək.

“İki sahil” xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb. Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək. Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.