12 oktyabr 2024 19:38
154

41-ci “Masters” titulu üçün mübarizə aparacaq

Serbiyalı raketka ustası Novak Cokoviç Şanxayda keçirilən “Masters 1000” turnirinin finalına vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki,  Novak Cokoviç oktyabrın 13-də keçiriləcək finalda italiyalı Yannik Sinnerlə qarşılaşacaq. 37 yaşlı tennisçi karyerasında yubiley 100-cü və 41-ci “Masters” titulu üçün mübarizə aparacaq. Sinner dünya reytinqində birinci, Cokoviç isə dördüncü pillədə qərarlaşıb. Şanxay “Masters” turnirinin mükafat fondu 8,9 milyon ABŞ dollarıdır.