13 oktyabr 2024 14:05
282

Badmintonçumuz Türkiyədə qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. İdmançı qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.