13 oktyabr 2024 19:49
289

Cüdoçumuz "Böyük Dəbilqə" gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki,  Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı finalda Valeri Endotovskiyə (AİN) məğlub olub. Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Murad Fətiyev (90 kq) və Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.