14 oktyabr 2024 14:01
281

Serjinyo Dest: Xavi mənə qarşı dürüst deyildi

"Barselona"nın sabiq müdafiəçisi Serjinyo Dest Kataloniya təmsilçisinin keçmiş baş məşqçisi Xavi haqqında danışıb.

 

“İki sahil” xəbər verir ki, o, mütəxəssisi tənqid edib: “Barselona”da oynadığıma görə peşman olduğumu söyləməyəcəyəm. Sonda olanlar isə məndən asılı deyildi. Xavinin rəhbərliyi altında kifayət qədər şans qazana bilmədim. Hiss edirdim ki, oyunum baxımından məhdudlaşıram, özüm deyiləm. Hücumda daha çox iştirak etmək istəyirdim, çünki bu mənim ən güclü tərəfimdir. Amma məşqçi buna icazə vermirdi.

Düşünmürəm ki, o, mənimlə səmimi deyildi. Xavi ilə bir neçə söhbətimiz oldu. Yayda, məzuniyyətdən əvvəl o, mənə dedi: "Sənə güvənirəm, mediada yazılanları oxuma". İstirahətdən qayıtdıqdan sonra Xavi söylədi: "Sən getməlisən".

Qeyd edək ki, Dest 2020-ci ilin oktyabrından "Barselona"da oynayırdı. Amerikalı futbolçu komandanın heyətində 72 oyun keçirib, 3 qol vurub və 4 qolun ötürməsini verib. 2022/23 mövsümündə o, icarə əsasında "Milan"da oynayıb, daha sonra 2023/24 mövsümündə PSV-də çıxış edib. 2024-cü ilin yayında isə Dest Niderland klubuna birdəfəlik keçib.