Azərbaycanın COP29-da inklüziv sədrliyinə ümid edirik. Bu iqlim konfransında ölkə prosesə töhfə vermək qabiliyyəti və istəyi olan fəallar, QHT-lər, alimlər və iş adamları ilə əməkdaşlıq edəcək.
“İki sahil” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan bu gün Lüksemburqda jurnalistlərə açıqlamasında deyib.
C.Morqan vurğulayıb ki, ötən həftə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) məhsuldar olub və bir çox ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını nümayiş etdirib: “Bizim hələ çox uzun yolumuz var və Avropa İttifaqı COP-un uğurla keçirilməsində fəal rol oynayacaq”.
Almaniya XİN-in dövlət katibinin sözlərinə görə, Lüksemburqda Avropa İttifaqı ölkələrinin iqlim nazirlərinin bugünkü görüşünün əsas məqsədi Bakıda keçiriləcək COP29-a hazırlığın müzakirəsidir.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək