15 oktyabr 2024 02:26
474

Süni intellektin köməyi ilə 162 min yeni virus tapılıb

Çin alimləri süni intellektin köməyi ilə 162 minə yaxın yeni virus aşkar ediblər. Bu barədə “South China Morning Post “yazıb.

Tədqiqatın əvvəllər tanınmamış genetik ardıcıllıq məlumatlarının təhlili əsasında aparıldığı bildirilir.

Atmosferdə, isti və hidrotermal bulaqlarda yeni növ RNT virusları aşkar edilib. Tədqiqatın nəticələri göstərir ki, bu cür viruslar sərt mühitlərdə də davamlıdır və onlar həm də elementar həyat formalarının necə yarandığına dair yeni məlumatlar verir.

Məlum olduğu kimi RNT viruslarının insanlar üçün törətdiyi ən təhlükəli məlum xəstəliklər Ebola, COVID-19, quduzluq, qrip, Hepatit C, Hepatit E, poliomielit və qızılcadır.

Nubar Süleymanova, “İki sahil”