15 oktyabr 2024 01:25
449

Niyə az yesək də kökəlirik?

Rusiyalı həkim Aleksandr Myasnikov “Rusiya I” telekanalındakı müəllif proqramında “heç nə yeməyənlərin” niyə kökəldiyini izah edib. Əlavə kilolar haradan gəlir?

Həkimin sözlərinə görə, əsas səbəb qəlyanaltıdır: “Həmişə bir stəkan çay, bir fincan kofe, iki parça şəkər, üç parça şəkər, nə isə qamarlayırıq”

Bu şəkildə kaloriləri fərq etmədən yığırsınız, çünki bir fincan şəkərli qəhvə bir çox digər qidalardan daha çox kaloriyə malikdir. Şirin qazlı içkilər haqqında danışmağa isə ehtiyac yoxdur.

Myasnikov iddia edir ki, digər səbəb müasir qida sənayesidir. Hazır şnitzel evdə hazırlanan şnitseldən iki dəfə çox kalorilidir, çünki tərkibində çoxlu gizli trans yağlar, qatqılar və s. var.

“Əgər kökəlmək istəmirsinizsə, gündə 3-4 dəfə yemək yeyin və heç bir qəlyanaltı etməyin” ,-deyə həkim bildirib.

“Yalnız çəki qazanmağın qarşısını almaq deyil, həm də kilolar itirmək istəyirsinizsə, unutmayın: fiziki fəaliyyət olmadan hər hansı bir pəhriz mənasızdır, həmçinin, əksinə”,-Myasnikov vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”