15 oktyabr 2024 14:00
271

Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib

Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Stanislav Pozdnyakov vəzifəsindən istefa verdiyini elan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə bildirib.

S.Pozdnyakov 2018-ci ildən ROK-a rəhbərlik edirdi. Bundan əvvəl o, iki il ərzində təşkilatın vitse-prezidenti vəzifəsini tutub.