15 oktyabr 2024 21:10
278

"Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb

İngiltərənin "Liverpul" klubu əvəzedici heyətin üzvü Trey Nyoni ilə müqavilə bağlayıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü ötən il "Lester"dən "Liverpul"a keçib.