15 oktyabr 2024 23:54
505

Azərbaycan höküməti ilə BMT-nin İqlim Katibliyi arasında Memorandum imzalanıb

Bakıda COP-öncəsi görüşlər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, sənəddə həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturu əks olunub.