16 oktyabr 2024 08:44
236

“Fənərbağça” “Srvena Zvezda”ya uduzub

Basketbol üzrə Avroliqada III tura start verilib.

“İki sahil” xəbər verir ki, Türkiyə təmsilçiləri - “Fənərbağça” doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasına 57:76, “Anadolu Efes” isə İsraildə “Makkabi Tel-Əviv”ə 91:93 hesabı ilə uduzub.

İspaniyanın “Real Madrid” klubu isə ölkəsinin digər kollektivi “Baskonia”ya 76:72 hesabı ilə məğlub olub. Avroliqanın iddialı komandalarından sayılan “Partizan” (Serbiya) isə evdə “Bavariya” (Almaniya) ilə qarşıdurmadan üstün ayrılıb - 86:78. Gecənin digər matçlarında “Alba Berlin” (Almaniya) “Lion-Villeurbanne”yi (Fransa) 84:79, “Olimpiakos” (Yunanıstan) “Olimpia Milano”nu (İtaliya) 89:68, “Paris” (Fransa) “Panatinaikos”u (Yunanıstan) 84:80, “Zalgiris Kaunas” (Litva) “Virtus Bolonya”nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.