10 noyabr 2017 23:57
4536

Dünyanın yaşamaq üçün əlverişsiz olan ən gözəl yerləri

Bir çox tarixi şəhərlər və ölkələrdə turist axını  üçün hökumət daimi sakinlərin rahatlıqlarını düşünməyərək var gücü ilə hər bir şeyin turistlər üçün cəlbedici olaraq qalmasına çalışır. Belə şəhərlər gəzmək üçün mükəmməl yerlərdi, bəs yaşamaq üçün necə?

İslandiya

İslandiya çox gözəldir, lakin çox soyuqdur. Bununla yanaşı yerli sakinlər hər zaman intensiv yağan yağışdan və küləkdən, qısamüddətli günəşli gün və daşınmaz əmlakın baha olmasından şikayətlənirlər.  İslandiya  alkoqol və antidepressant istifadəsinə görə, Avropanın üç "lider" ölkələri sırasına  daxildir.

Paris, Fransa

Paris dünyanın ən romantik şəhəri hesab edilir. Buna səbəb isə Fransanın paytaxtında məşhur arxitektur obyektlərin ətrafında cütlüklər üçün mükəmməl kiçik kafelərin yerləşməsidir: Eyfel qülləsi, Notr - Dam və s.

Parisdə olan hər bir qızın belə bir şəkili var!  Sosial şəbəkələrdə hər bir kəs Parisdə olan şəkillərini paylaşmaq arzusundadır.

Həqiqətən də Paris dünyanın ən gözəl yerlərindən biridir. Lakin siz Parisdə yaşasanız  hər il bura gələn 33 milyon turistin əlindən bezərsiniz.  Paris sakinləri daim şəhər mərkəzində olan bahaçılıqdan, dəhşətli tıxaclardan, miqrant və cibgirlərdən  şikayətlənirlər.

Rio-de-Janeyro Braziliya

Braziliya - gözəl şəhərdir. Bura  turistləri öz maraqlı karnavalları və ağ qumlu dəniz sahilləri ilə cəlb edir.

Dünyanın ən gözəl yerlərindən biri Rioda yerlərşən  İpanema çimərliyidir.  Lakin Rio narkotik satış mərkəzlərinin "tacıdır". Buna görə də, burada cinayət və oğurluq hadisələri həddindən artıq çoxdur.

Braziliyanın mərkəzdən kənar yerlərində səfalət baş götürüb gedir. Yalnız 2016 - cı ildə  Rio - da keçirilən Olimpiya Oyunlarına görə, hökumət uçuq, dağıq evlərə diqqət ayırmağa başlayıb. Lakin burada Olimpiya oyunları keçirilsə də, ölkədə gözəçarpan heç bir yenilik işləri yoxdur.

Meksika 

Meksika turistlər üçün "içki şəhəri" deməkdir. Burada istənilən vaxt, gündüz və ya gecə silahlı şəxslərin atışma səhnəsinin şahidi olmaq olar. Burada şəhər polisləri  həyatlarını təhlükəyə atmamaq üçün demək olar ki, polis idarəsini tərk etmirlər.

Las -Veqas

Las - Veqas arzular şəhəri kimi görünür. Bu şəhər yalnız əyləncə üçün yaradılıb. Burada gecə gündüz  həyatı bir - birinə bərabərdir, burada hava istidir və qışda isə küləkli olur.

2017 - ci ildə Veqasda ABŞ tarixində ən böyük terror hadisəsi baş verib.  Burada uşaqlar oxumaqdan imtina edirlər, belə ki, onlar düşünürlər ki, kazinolarda hər zaman iş tapmaq olar. Elə məhz bu səbəbdən oxumağa ehtiyac duymurlar.  Bu şəhərin daha bir mənfi cəhəti var, burada yollar yalnız maşınlar üçün düzəldilib, piyadalar üçün səkilər yoxdur. Tində təhlükəli insanlara rast gəlmək mümkündür.

Nayrobi, Keniya

Keniya Respublikası Afrikanın ən gözəl ölkələrindən biridir. Bura ekoturizm, müxtəlif milli parkları  və hər il keçirilən festivalları ilə məşhurdur. Keniyanın paytaxtı Nayrobini əsasən britaniyalılar təşkil edir. 1899 - cu ildə dəmiryolu stansiyası hesab olunan bu şəhər indi kontinentdə ən vacib şəhərlərdən biridir.

Keniya savannası ( seyrək ağacları və kolluqları olan düzənlik) dünyanın ən gözəl yerlərindən biri hesab olunsa da, şəhərin əksər hissəsində Kibera adlı xarabalıq mövcuddur. Burada elektrik naqilləri hamısı oğurlanıb, sular isə həddindən artıq çirklidir. Bu səbəbdən burada epidemiya baş alıb gedir. Əhalisi 200 000 hesab olunan şəhərdə səfalət cərəyan edir. Əhalinin yarısından çoxu  işsizdir və buna görə də, oğurluq hadisələri tez - tez baş verir.

Könül Əliyeva, “İki sahil”