17 oktyabr 2024 02:26
375

Qanın qatılığı qan təzyiqini artırır

"Rossiya1" kanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq tok-şousunda mütəxəssislər insanda qan təzyiqinə nələrin səbəb olduğundan danışıblar.

Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin qeyd edib ki, təzyiq səviyyəsi ən çox damar divarlarının hamar əzələlərinin tonusundan və qanın tərkibindən asılıdır. Buna görə də qan qatılığına nəzarət edilməlidir.

O, həmçinin xatırladıb ki, qan təzyiqini oturarkən, sakit, hərəkətsiz vəziyyətdə ölçmək lazımdır. Ölçmə zamanı səssiz qalmaq daha yaxşıdır. Danışdığımız zaman sinə içində təzyiq dəyişir və bu, nəticələrə təsir edə bilər.

Nubar Süleymanova, “İki sahil”