Ümid edirik ki, gələcəkdə reqataya qatılacaq idmançıların sayı daha da artacaq.
“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında "Mingəçevir reqatası-2024” beynəlxalq turniri barədə danışarkən deyib.
Nazir hazırda Füzulidə bayram ab-havası olduğunu söyləyib:
"Şəhərin işğaldan azad olunduğu gündə beynəlxalq turnir təşkil edilir. Hər kəs buradadır. İştirakçılar, izləyicilər xoşbəxtdir. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".
Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq.