Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.
“İki sahil” xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.
Qeyd edək ki, səfərdəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.
23 oktyabr
21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
"St. Yakob-Park" stadionu.
6 noyabr,
18:00.“Sabah” – “Bazel”
Baş hakim: Omarov Rustam (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)
ASCO Arena