Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə müqavilə müddətini 2027-ci ilə qədər uzadacaq.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssisə güvənən klub rəhbərliyi qarşı tərəflə ötən aydan razılaşıb.
54 yaşlı baş məşqçinin hazırkı müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, L.Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. O, komandasına 62 oyunda 40 qələbə qazandırıb. 14 qarşılaşma heç-heçə, 8 görüş isə məğlubiyyətlə başa çatıb.