Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bu gün bir oyunla start veriləcək.
“İki sahil” xəbər verir ki, X turun ilk qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq. 21 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 3 xalla sonuncu - onuncu pillədə qərarlaşan "Kəpəz"in qonağı olacaq. Görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
18 oktyabr
18:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu.
Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.