18 oktyabr 2024 14:43
81

Böyük Britaniyanın səfiri: Azərbaycan son 33 ildə böyük inkişafa nail olub

Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan bəri böyük inkişafa nail olub.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, – o bildirib.