18 oktyabr 2024 15:08
79

İsrail səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrik diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

“Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 oktyabrda azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”, - paylaşımda qeyd edilib.