18 oktyabr 2024 14:46
84

Peter Mixalko Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko oktyabrın 18-də qeyd olunan Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Azərbaycanı və ölkə xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”, - o bildirib.