18 oktyabr 2024 17:41
273

Trent "Liverpul"da qalır, ya gedir?

"Liverpul"un sağ cinah müdafiəçisi və vitse-kapitan Trent Aleksander-Arnold gələcəyi ilə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 26 yaşlı futbolçu "mersisaydlılar"da qalmağı planlaşdırıb. 

Daha əvvəl ingiltərəli oyunçunun gələn yay azad agent kimi "Real"a keçməyə razı olduğu barədə məlumatlar yayılmışdı. Lakin Trend "Liverpul"da qalmağa qərar verib.

"Liverpul"la Aleksandr-Arnold arasında danışıqlar davam edir. Hər iki tərəf yeni müqavilə üçün razılığa gələcəklərindən əmindir.

Xatırladaq ki, Aleksandr-Arnoldun “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir. O, "Liverpul"un  yetirməsidir. Futbolçu 2016-cı ildən əsas komandada çıxış edir.