10 noyabr 2017 14:17
797

Göygöl rayonunda tərəvəz istehsalı artıb

Göygöl rayonundakı əkin sahələrindən mövsüm ərzində 592 hektardan günəbaxan, 582 hektardan kartof, 456 hektardan tərəvəz, 40 hektardan qarğıdalı, 35 hektardan şəkər çuğunduru, 1 hektardan isə bostan bitkiləri toplanıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, tarlalardan cari ildə 1210 ton dən üçün günəbaxan, 6 min 323 ton kartof, 4 min 744 ton tərəvəz, 80 ton qarğıdalı, 1597 ton şəkər çuğunduru, 10 ton isə bostan bitkisi yığılıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bostan bitkiləri istisna olmaqla dən üçün günəbaxan bitkisi 634 ton və ya 2,1 dəfə, kartof bitkisi 3 min 687 ton və ya 36,8 faiz, tərəvəz 1114 ton və ya 19 faiz, dən üçün qarğıdalı isə 24 ton və ya 42,9 faiz çox istehsal olunub.