Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi 2025-ci ildə Azərbaycana keçəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən mərkəz Mərkəzi Asiya ölkələrini, Türkiyə və Azərbaycanı əhatə edir: "Bu il ev sahibi Qazaxıstan idi. Bu mərkəz könüllülər hərəkatının beynəlxalq əlaqələrini gücləndirir".
Y.Vəliyev, həmçinin könüllülərin Qarabağdakı fəaliyyətindən danışıb. O söyləyib ki, könüllülər Qarabağdakı bütün tədbirlərdə fəal iştirak edirlər.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək