21 oktyabr 2024 12:07
227

Hazırda Qubadlı böyük tikinti meydanına çevrilib

 25 Okyabr- şəhər günün mübarək Qubadlı!

Zəngəzur dağları və Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.1993-cü il avqustun 31-də Emənistan Respublikasının silahlı qüvvələrinin hücumu nəticəsində işgal  edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi ermənilərin nəzarəti altına keçdı. 31 000 dən çox insan yurd-yuvasından didərgin düşdü.

Rayonun müdafiəsi zamanı 283 nəfər könüllü vuruşaraq qəhrəmancasına şəhid oldu.Onlardan yeddisi Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. İşğalda olduğu 27 il müddətində rayon ərazisi erməni vandalları tərəfindən tar-mar olunub. Rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr böyük ehtiyata malik yeraltı sərvətlər mineral maddələrlə zəngin su mənbələri istismar olunub.

2020-ci il 27 sentyabr tarixində başlanan Vətən Müharibəsi Qubadlıların torpaq, doğma yurd həsrətinə son qoyulacağına olan ümidlərini doğrultdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücumu nəticəsində 2020-ci ilin oktyabrında  Qubadlı işğaldan azad edilməyə başlanildı. Azərbaycan Silahlı Qüvvələri oktyabrin 23-də  Qubadlı ərazisinə daxil olaraq yaşayış məntəqələrini düşməndən azad etməyə başladı. Oktyabrin 25-də isə Azərbaycan Qrdusu Qubadlı şəhərini azad etdi. Qubadlı azad edildikdən sonra Ermənistanın iç üzü tamamilə açıldı. Məlum oldu ki sülh danışıqlarını günü-gündən uzadan ermənilər əslində torpaqları geri qaytarmaq niyyətində deyillərmiş. Beləki Xanlıq kəndində ermənilər hərbi istehkam hərbi baza qurublar. Xaricdə yaşayan ermənilərin göndərdiyi maliyyə yardımı ilə Xanlıqda qəsəbə salaraq xaricdən erməniləri köşürərək burada məskunlaşdırıblar. Bu isə beynəlxalq hüquq normalarına görə hərbi cinayətdir. Beləki Cenevrə Konvensiyasına görə işgal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət etmiş olur.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Qubadlının azad olunması zamanı igidlik və qəhrəmanlıq göstərən 15189 hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qubadlının azad olunması” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 25 oktyabr-Qubadlı şəhər günü elan olunub.

2020 ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Aərbaycan bayrağını ucaldan zaman : “Bu gün səhərdən yagış yagırdı biz Qubadlıya çatanda gün çıxdı. Təbiət bizi salamlayır bizi alqışlayır.Qubadlıya öz sahibləri qayıdıb. Qubadılının azad edilməsi tarixi hadisə idi. Oktyabrın-25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. ”

Hazırda Qubadlı böyük tikinti meydanına çevrilib. Yenidənqurma və bərpa işlərinin sürətlə aparılması nəticəsində tezliklə Qubadlıların yurd həsrətinə son qoyacaq.   

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini