22 oktyabr 2024 02:58
306

Quyruğu kəsilmiş ilana "başın sağ olsun" deyirlər

Havadarları və revanşistlər Hayastanı yeni müharibəyə təhrik edirlər

İkinci Qarabağ müharibəsində ordusu darmadağın edilmiş Hayastanın havadarları ona ürək-dirək verir, yeni müharibəyə hazırlaşdırırlar. Biri silah verir, digəri pulla təmin edir, başqaları isə beynəlxalq təşkilatlarda işğalçıları “məsum quzu” kimi qələmə verirlər. Dediyimiz kimi, quyruğu kəsilmiş ilana “başın sağ olsun” deyərək başını da itirməyə göndərirlər. Bu ölkənin bədbəxtliyi ondadır ki, başıboş, burnunun ucundan uzağı görə bilməyən baş nazir Nikol Paşinyanın dostları da, düşmənləri də Hayastanı Azərbaycana qarşı hərbi əməliyyatlara təhrik edirlər. Sivil dünyada dinc yaşamağı bacarmayan haylar isə robot kimi onlara verilən komandaları icra etməklə məşğuldurlar.

Daşnakların və revanşistlərin yeni layihəsi qızışdırıb meydana atdıqları şarlatan keşişin də əsl niyyəti Paşinyanı hakimiyyətdən uzaqlaşdırandan sonra ölkəni müharibəyə qaldırmaqdır.  “Bu mərhələdə “Müqəddəs mübarizə” hərəkatının iflasa uğradığını” görsələr də haylar bundan dərs götürmək niyyətində deyillər. Ona görə də hərəkatı dəstəkləyənlərin sayı artmaq əvəzinə xeyli azalıb." Belə bir acı etirafı Ermənistan parlamentində “Müstəqillik Aktı” ilə bağlı dinləmələr zamanı üzdəniraq hərəkatın lideri, üsyankar keşiş Baqrat Qalstanyan edib: “Bəli, biz bu mərhələdə uğursuzluğa düçar olduq. Lakin insan kəmağıllığına, hər cür maraqlara və intriqalara baxmayaraq mübarizə davam edir. Axı, bu mübarizə rüsvayçı prosesi  dayandırmaq, dövlətçiliyimizi bərpa etmək üçündür. Hərçənd ötən müddətdə biz anklavların verilməsini ehtiva edən başqa prosesi, eləcə də yeni ərazi güzəştlərini, Ermənistandakı hökumətin və Bakının maraqlı olduğu konstitusiya dəyişikliklərini durdura bilmişik”, - deyib. Görürsünüzmü, "quyruğu kəsilən" şarlatanın başı nə danışır? Özünü hamıdan ağıllı sayır, Paşinyana kəmağıl deyir. Əməlləri humanizmdən çox uzaq olan  keşiş Baqrat qonşu xalqlara kin və nifrəti, öz toplumuna tarixi yalanları və terrorizmi təşviq edir. Yoluxduğu "erməni xəstəliyi" başa düşməyə imkan vermir düşünsün ki,  çağırdığı yol haylarını dəhşətli bir uçuruma aparır və dörd il əvvəlki biabırçı məğlubiyyət o dəhşətin "baş məşqi" ola bilər. Qanı zəhərlənmiş haydan bundan artıq heç nə gözləmək olmaz. Onlar insan qanı ilə qidalanan həşəratlardan fərqlənmirlər.

Avantürist keşişə hələ də çatmır ki, meydanlarda nə qədər meymunluq etsə də bir il ərzində geniş kütlənin dəstəyini qazana bilmədi. Ətrafına toplaşanlar da keçmiş prezidentlərin-Robert Koçaryanla Serjik Sarkisyanın adamları idi. Yəni, ona görə yox ki, təxribatçı Baqratın təbliğ etdiyi “dəyərlər”, həmçinin Azərbaycana, Türkiyəyə qarşı həyasız iddiaları mənsub olduğu topluma yaddır. Xeyr. Sadəcə, o səbəbə ki, Ermənistan cəmiyyəti Nikol Paşiyana hələ ki, alternativ görmür, yaraları hələ qaysaq bağlamamış valideynlər və onların qohum-əqrəbaları övladlarını kimlərinsə iddiasına qurban vermək istəmirlər. Üstəlik, Qalstanyanın arxasında hakimiyyətə qayıtmaq istəyən quldur “Qarabağ klanı”nın, keçmiş Koçaryan-Sarkisyan xunta rejiminin dayandığına əmindirlər. Yoxsa Baqrat kimdir ki? Səsi kilsə divarlarından kənara çıxmayan bir yaramaz keşiş.  Cəmiyyətdə isə Koçaryan-Sarkisyan tandeminə dərin nifrət hələ də yerində qalır.

Ancaq buna baxmayaraq Azərbaycanın arxayınlaşmasına əsas yoxdur. Çünki daim qan axıdılmasına rəvac verən hayların “ipinin üstünə odun yığmaq” olmaz. Daşnakın biri gedirsə əvəzinə gələn başqa birisi əvvəlkindən də aqressiv olur. Həm də başqa bir gerçəyə görə. Bu da ondan ibarətdir ki, erməni toplumu 44 günlük Vətən müharibəsindən sonra konstitusiya "imtahanından" keçməyib. Söhbət Azərbaycana qarşı ərazi iddialarının həmin sənəddən çıxarılmasından gedir. Əgər Nikol Paşinyan Bakının tələbini qəbul etsə, erməni cəmiyyəti buna necə reaksiya verəcək, onu dəstəkləyəcəkmi?

Hərgah, aylar öncə "Gellup"-un keçirdiyi rəy sorğusu erməni respondentlərin əksəriyyətinin Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırılmasının əleyhinə olduğunu üzə çıxarmışdı. Bu da yeni müharibə seçimi anlamına gəlir.

Deməli, Azərbaycan və Türkiyə münasibətlərin bərpasına gətirəcək sülh prosesini sabotaj edən yeni baqratların və manipulyatorların meydana çıxacağı, növbəti “müqəddəs hərəkat”ların yaranacağı qətiyyən istisna deyil. Kapitulyant ölkədə ictimai-siyasi durum xüsusən də konstitusiya islahatı ərəfəsində qarışa bilər. Daşnak və revanşistlər o zaman xəstə təfəkkürlü hayları Paşinyanı xəyanətdə günahlandıracaq və toplumu ona qarşı qaldıracaqlar. Onlara qoşulan ya az olacaq, ya da heç olmayacaq, bu, sonrakı məsələdir. Ən azı, hay cəmiyyəti iki-üç yerə parçalanacaq və başları özlərinə qarışacaq. Yəni, kaftarlar kimi bir-birlərini öldürüb "yeyəcəklər." Ən əsas məsələ ondadır ki, parçalanmış cəmiyyət real gücə malik olmayacaq. Həmişə birtərəfli düşünən hayların ən böyük bədbəxtliyi də elə budur. Onlar hər yerdə, hər zaman məhz bu səhvlərinə görə xəyanətkar mövqe tutaraq biabırçılıqla məğlub olublar. Bunu dünyada bilməyən yoxdur.

Təbii ki, bu, bizim problem deyil. Sülh və zəlalət, rifah və dilənçilik arasında çətin seçim etməli olacaq hayların problemidir. Hansı qərarı versələr, ona uyğun da cəza və ya mükafat alacaqlar. Allah bu axmaq və xəstə mağara adamlarına ağıl versin ki, heç olmasa, son dəfə doğru seçimi edə bilsinlər. Bu, onlara verilən son şansdır. Dünya tarixinin insanlara göstərdiyi bir həqiqət var: Qılıncla gələnlər qılıncla da məhv olublar.

Vəli İlyasov, “İki sahil”