Taxikardiya - sürətli ürək döyüntüsü tez-tez ürək problemləri ilə əlaqələndirilir. Ancaq nəticə çıxarmağa tələsməyin! Rusiyalı həkim Aleksandr Myasnikov "Rossiya 1" kanalındakı müəllif şousunda ürəyin niyə qəflətən “qəzəblə” döyünməyə başladığını izah edib. Taxikardiya varsa tiroid vəzinin işini yoxlamaq xüsusilə vacibdir. Onun funksiyasının pozulması taxikardiya hücumlarının səbəbi ola bilər.
Endokrin sistem düzgün işləmədikdə hipertiroidizmə səbəb ola bilər. Bu, qalxnabənzər vəzinin həddindən artıq hormon istehsal etdiyi bir vəziyyətdir. Hipertiroidizm maddələr mübadiləsini sürətləndirir, bu da orqanizmdə oksigenə ehtiyacın artmasına səbəb olur. Ürək toxumaları lazımi oksigenlə təmin etmək üçün daha çox işləməyə başlayır, bu da taxikardiyaya səbəb olur.
Doktor Myasnikov bildirib ki, taxikardiya varsa, qalxanabənzər vəzinin yoxlanılması diaqnozda ilk addım olmalıdır.
Nubar Süleymanova, “İki sahil”