22 oktyabr 2024 15:07
237

Liderlər “çak-çak”ın dadına baxıblar - VİDEO

Kazanda keçirilən BRİKS sammitində iştirak üçün artıq bir neçə lider Tatarıstana gedib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, hava limanına gəldikdən sonra liderləri  rus və tatar mətbəxinin ənənəvi bayram yeməkləri ilə qarşılayırlar. Onların arasında “çak-çak” da var.

Artıq Efiopiyanın baş naziri Abiy Əhməd, Cənubi Afrika Repsublikasının Siril Ramafosa və Çin sədri Si Cinpin “çak-çak”ın dadına baxıblar.

Hindistanın baş naziri Narendra Modi çörək və “çak-çak”ı dadmayıb, sadəcə onlara toxunaraq qonaqpərvərliyə görə təşəkkür edib.