22 oktyabr 2024 16:03
89

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfərə gedib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak etmək məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.

"İki sahil" AMB-yə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti paytaxt Vaşinqtonda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirak edəcək, eləcə də Dünya Bankı və IMF-in rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.