22 oktyabr 2024 13:56
110

"Google" axtarışda ikinci sətri siləcək - YENİLİK

Amerikanın Google korporasiyası istifadəçilərə konkret sayt üçün axtarış təklif edən əlavə xətti axtarış nəticələrindən silmək qərarına gəlib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu funksiya noyabrın 21-də fəaliyyətini dayandıracaq.

Şirkət tələbin az olması, həmçinin axtarış nəticələrini sadələşdirmək üçün bu funksiyadan imtina edib. “Axtarış sahəsinin Google Axtarışda sayt bağlantıları arasında ilk dəfə təqdim edilməsindən on ildən çox vaxt keçir. Lakin zaman keçdikcə daha az istifadə olunur. Bunu nəzərə alaraq və axtarış nəticələrini sadələşdirmək üçün biz bu vizual elementi 21 noyabr 2024-cü il tarixindən siləcəyik”, – deyə, şirkətin məlumatında qeyd edilir.