22 oktyabr 2024 17:53
100

Səfir Azərbaycan-Almaniya parlament dostluq qrupunun sədri ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri Nurlan Həsənovla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Səfir Nurlan Həsənovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib.

“Biz Almaniya ilə dostluğunuzu və əlaqələrin dərinləşdirilməsinə sədaqətinizi yüksək qiymətləndiririk. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd edilib.