Bakı Meteopolitenin gələcək inkişaf planına görə stansiyaların sayı 76-ya çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Bakı metrosunun 50 illik yubileyi çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, Bakı metrosunun gələcək inkişaf planına görə metronun mövcud 3 xəttinə (yaşıl, qırmızı, sarı) daha 2 xətt (sarı, mavi) əlavə olunaraq 5 xəttə çatdırılacaq. Həmçinin 76 stansiya, 120 kilometrlik metro xətti olacaq.