23 oktyabr 2024 15:12
73

Volodin Çubaysın Rusiyaya ekstradisiyasını təklif edib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyanın elektrik enerjisi sənayesində apardığı islahatları tənqid edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  Dövlət Dumasının sədri Çubaysın Rusiyaya ekstradisiyasını təklif edib.

Anatoli Çubays 2008-2020-ci illərdə “Rusnano”ya rəhbərlik edib. Onun rəhbərliyi altında enerji sənayesində islahatlar aparılıb. 2008-ci ildə Rusiyanın enerji sistemi müxtəlif istiqamətlərdə bir çox şirkətlərə bölünüb: şəbəkə, istehsal və satış. Onların əksəriyyəti özəlləşdirilib.