23 oktyabr 2024 15:43
88

İqlim dəyişikliyinə görə əsas məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür- Braziliya Prezidenti

İqlim dəyişikliyinə görə məsuliyyətin böyük hissəsi ətraf mühitə tullantıların azaldılması ilə bağlı vədlərini yerinə yetirməyən inkişaf etmiş ölkələrin üzərinə düşür.

“İki sahil” xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva BRICS sammitinin geniş tərkibli iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya birliyi ildə 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədinə çatmalıdır.

"Belendə keçiriləcək COP30-da iqlimdən təsirlənən ölkələr zərərli emissiyaları məhdudlaşdırmaq üçün öz üzərinə düşəni etməlidirlər", - . o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan COP29 qlobal iqlim konfransının ev sahibi seçilib, Braziliya isə gələn il COP30-a ev sahibliyi edəcək.