Davamlı inkişaf üçün yeni həll yolları axtararkən beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrə dağıdıcı təsirlərini tanımalıdır.
“İki sahil” xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa videokonfrans vasitəsilə BRICS sammitinin iclasında çıxışı zamanı deyib.
“Cənubi Afrika aşağı karbonlu iqtisadiyyata ədalətli keçidə və qlobal emissiyaların azaldılmasına sadiq qalır”, - o bildirib.
Prezident vurğulayıb ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyindən ən çox əziyyət çəkir, ancaq ən az məsuliyyət daşıyırlar: “Sənayeləşmiş ölkələrin ədalətli keçidi təmin etmək üçün öz iqlim öhdəliklərinə əməl etmələri vacibdir”.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək