23 oktyabr 2024 16:19
78

Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək- BƏƏ XİN

“Yaşıl iqtisadiyyat” dayanıqlı inkişafa nail olmağın əsaslarından birini təşkil edir.

“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan deyib.

O qeyd edib ki, BƏƏ “yaşıl keçid” istiqamətində irəliləyiş əldə etməyə çalışır.

"BƏƏ bərpa olunan enerji mənbələrindən istifadənin səmərəliliyini artırmaq üçün bir çox böyük layihələrə sərmayə qoyub. Müasir iqlim dəyişikliyini nəzərə alaraq daha dayanıqlı gələcəyə necə nail ola biləcəyimizə dair baxışımız belədir", - o bildirib.

Nazir BƏƏ-nin dayanıqlı inkişafı təmin etmək məqsədilə digər ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz xüsusilə “yaşıl iqtisadiyyat” sahəsində tərəfdaşlığımızı genişləndirmək üçün çalışırıq”, - o əlavə edib.