23 oktyabr 2024 18:01
100

Güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün görülən işlər intensiv şəkildə davam etdirilir

Güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.

“İki sahil” xəbər verir ki,  bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.