23 oktyabr 2024 17:09
142

“SOS” MMC-də COP29-a hazırlıqla bağlı müşavirə keçirilib - FOTO

COP29 yaxınlaşdıqca bu prosesin iştirakçısı olan bütün dövlət və özəl strukturlar qarşıda duran vəzifələrin həli üçün davamlı faəliyyətdədir.

“İki sahil” xəbər verir ki,  bu gün “Security Operation Services” Məhbdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında SOCAR-ın, Təhlükəsizlik İdarəsinin və FHN-nin aidiyyətı strukturlarının rəhbər heyətinin iştirakı ilə COP29 tədbirləri çərçivəsində mühafizə olunan obyektərdə gücləndirilmiş iş rejiminin tətbiqi mövzusunda müşavirə keçirilib .

Mövzu ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələr nəticəsində qərara alınıb ki, mühafizə işinin 7/24 saatlıq xüsusiyyəti nəzərə alınmaqla, qeyd olunan tarixlərdə MMC-nin müvafiq əmrinə əsasən obyektlərdə əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏMM qaydalarına ciddi riayət edilməklə gücləndirilmiş şəkildə işin təşkil olunması təmin olunsun.

Həmçinin, ayıq-sayıqlığın artırılmasının, kənar şəxslərin əraziyə daxil olmasının vaxtında qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Bundan başqa xidmətə nəzarətin artırılmasına dair əlavə tapşırıqlar verilib.