24 oktyabr 2024 00:45
86

Əlilər, cəmillər, tofiqlər üçün Vətən anlayışı çoxdan unudulub

Bu gün erməni ağalarından təlimat alan radikal müxalifətin trolları  sosial şəbəkələr vasitəsi ilə özlərini gözə soxmaq üçün dəridən –qabıqdan çıxırlar

Bu gün Azərbaycanın nə Vətən müharibəsindəki Qələbəmizi, nə də suverenliyimizi tam bərpa etməyimizi  həzm edə bilməyən bəzi Qərb ölkələri Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsini qəbul edə bilmirlər. Onlar təxribatlar üçün əllərinə düşən fürsəti dəyərləndirməyə çalışırlar. Təbii ki, burada da onlar ilk növbədə, ayrı-ayrı xarici dairələrin maraqlarına xidmət etməyə, qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmağa hər zaman hazır olan radikallardan istifadə etməyə çalışırlar. Bu gün erməni ağalarından təlimat alan radikal müxalifətin trolları  sosial şəbəkələr vasitəsi ilə özlərini gözə soxmaq üçün dəridən –qabıqdan çıxırlar. Xüsusilə AXCP sədri Əli Kərimlinin və Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının trol dəstələri bütün günü hakimiyyəti və hətta onlara dəstək verməyən xalqı söyməklə, cəmiyyətə saxta və böhtan dolu informasiyalar yaymaqla özlərinin fəaliyyətlərini gözə soxmağa çalışırlar. Şəxsi mənafelərini şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək, ilk növbədə, milli-mənəvi, əxlaqi dəyərlərimizi ayaqlar altına atmaq anlamını daşıyır. Bunu edənlər isə, bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividendlər qazanmağa cəhd edən “liderlər” və onların “beşinci kolon” nümayəndələridirlər ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını sanırlar. Amma bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bilirlər ki, sərgilədikləri hərəkətər sağlam düşüncəli insanlar tərəfindən hiddətlə qınanılır. Əslində, söyüş müxalifəti deyilən ucuz yığnaq uzun zamandır üzləşdikləri məğlubiyyətlərini əslində etiraf etmiş olurlar. Bu gün xarici ölkələrdə “şirə, pələngə” dönən söyüş dağarcıqlarının erməni pulları üstündə qızğın qarşıdurmala getdiklərini dəfələrlə görmüşük. Məhəmməd Mirzəli ilə Tural Sadıqlının hətta canlı yayımları vasitəsi ilə bir-birlərinə “şərəfsiz” və daha ağır söyüşlər söyüb, üzlərinə tüpürmələrinə qədər gördüyümüz bu reallıqlar onların hansı mənəviyyatsızlığa malik olduqlarının bariz göstəricisidir. Bütün bunlar isə sübut edir ki, bunların dərdi pul dərdiymiş – pullarını ödə və bir-birlərinə necə söyüş söydüklərini müşahidə et. Bu, onların daxillərindəki çirkablıqlarının açıq mənzərəsidir .

Xankəndidə , Şuşada, Laçında … demək olar ki, sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız  hər birimizi  qürurlandırdı.  Dostlarımız  Qələbəmizə sevindilər, yanımızda oldular. Artıq tarixin arxivinə atılan «Dağlıq Qarabağ münaqişəsi»ni yaradanlardan başqa.  Daşnakların əsrlərdən bəri  hazırladıqları planlara uyğun həmin münaqişəni  yaradan  « xarici ağalarına»  boyun  əyən daxili satqınlarımız da onlara xoş gəlsin,  dilənçi paylarını kəsməsinlər deyə başlarına  qara bağladılar. Son vaxtlarda daxili problemlərini  arxa plana keçirib, Cənubu Qafqazı xarici siyasətlərinin prioritetləri kimi, gündəmdə saxlayan ABŞ-a, Fransaya, səlahiyyətsiz beynəlxalq qeyri-hökumət təşkilatlarına  xidmət edən   AXCP sədri Əli Kərimlinin, «Milli Şura»nın oyuncaq rəhbəri Cəmil Həsənlinin, qurumun Koordinasiya Mərkəzinin üzvləri  Toftq Yaqublunun, Gültəkin Hacıbəylinin,  şər-böhtan ustası Fuad Qəhrəmanlının, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının avropalaşmış, erməniləşmiş pas atan vicdanları dilə gəlmədi. Xankəndidə ucalan  üçrəngli Bayrağımızın dalğalanması  bütün dünyada  Azərbaycanın güdrətinin göstəricisi kimi etiraf edilsə də ağalarının itaətində olan milli satqınlarımızın qorxularından Şuşa, Xankəndi tərəfə baxmağa belə iqtidarları çatmadı.

Azərbaycanın  30 il işğal altında qalan torpaqlarının əbədi olaraq Ermənistana verilməsinin tərəfdarı olan ATƏT, Avropa İttifaqı, Fransa, ABŞ artıq gedən qatarın arxasınca  baxaraq yenidən fəallaşıblar. Eyni mənbədən idarə olunan anti-Azərbaycan dairələr bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı birlikdə ideoloji, informasiya hücumuna keçiblər. Cənubi Qafqazda   maraqlarını həyata keçirməyə  çalışan Fransa, ABŞ hayları  yenidən silahlandırırlar. Ermənilərə bütün vasitələrlə dəstək göstərən  Birləşmiş Ştatların müxtəlif dövlətlərdə daxili çaxnaşma salmaqla  məşğul olan  ələbaxan təşkilatları var gücləri ilə  Ermənistana yardım edirlər.  Milli xəyanətkarlarımızın  lal olan dilləri bu zaman açılır. Bu ünsürlər qrant xatirinə vicdanlarını sataraq, vətəndaşlıq məsuliyyətlərini unudaraq ermənilərlə, onların havadarları ilə  yaxınlıq edirlər. Dinlərini-məzhəblərini belə hərraca qoyanlar   Azərbaycana qarşı təxribatlarını intensivləşdirən USAİD, NED, Marşal Fondu, İREX kimi digər təşkilatlara xidmət göstərirlər. Neçə dəfə dəvət edilsə də  Azərbaycana gəlməkdən imtina edən, erməni hərbi birləşmələri, vandalları tərəfindən dağıdılan, daşı-daş üstdə qalmayan şəhər və kəndlərimizdə yaranan acınacaqlı vəziyyəti, erməni quldurlarının donuz saxladıqları məscidlərimizi «görmək istəməyən»  UNESCO  Ermənistanda  sinaqoqun yandırılmasını  da  təbii qəbul etdi. Çünki  başqalarının dininə  hörmətsizlik edənlər mənfur niyyətli ermənilər idi. Bu kimi hallara belə biganə qalan məzhəbsiz  xəyanətkarlarımız    də ağızlarına su alıb dayandılar. Regiona səfəri zamanı Xankəndidən Hayastana könüllü, sərbəst  miqrasiya edən  ermənilərlə görüşən , «onların halına acıyan» USAID-in direktoru Samanta Puerin  30 ilə yaxın  Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etməsi belə milli mənsubiyyətlərini unudan Əli Kərimlini, Cəmil Həsənlini, Tofiq Yaqublunu narahat etmədi. Çünki milli mənsubiyyətlərini belə qrantlara dəyişən  əlilər, cəmillər, tofiqlər üçün Vətən anlayışı çoxdan unudulub. Amma bu simasızlar  beynəlxalq  aləmdə  Azərbaycanla bağlı müsbət fikir formalaşdıqda  səslərini hamıdan yüksək qaldırırlar. Son günlər Əli Kərimli Ermənistanın baş naziri Nikol Paşinyanı az qala regionun lideri kimi tərənnüm edərək Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikdirilməsində ölkəmizi günahlandırır. Bu isə AXCP sədrinin ermənipərəstlik mərəzinin gündən-günə şiddətlənməsinin təsdiqidir. O, hələ də anlamır ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycan dövləti daha çox maraqlıdır və bunun əksinə olaraq Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq bu istiqamətdə manipulyasiya edir. Bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir.

Hər zaman olduğu kimi, bu gün də antimilli ünsürlərin ölkəmizin əleyhinə göstərdikləri fəaliyyət haqlı olaraq cəmiyyətin bütün təbəqələrində nifrət, ikrah hissi yaradır. Onların yalan və iftiralarına özlərindən başqa inanan yoxdur. Dövlət başçımızın Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın gündən-günə daha geniş vüsət alması həm ermənilərə,  həm bütün xarici düşmənlərə, həm də daxili antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır.

Şəmsiyyə Əliqızı “İki sahil”