23 oktyabr 2024 23:28
83

Rusiya Ukraynanın itkilərini açıqladı - 973-cü gün

Rusiya müharibənin 973-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 34 173 PUA-sı, 583 zenit-raket kompleksi, 18 769 tank və digər zirehli texnikası, 1 478 reaktiv yaylım atəş sistemi, 16 607 artilleriya və minaatanı, 27 497 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.