24 oktyabr 2024 00:07
86

İsrail qırıcıları İranın Beyrutdakı səfirliyinin yaxınlığına raket zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubunda yerləşən Uzay bölgəsinə raket zərbələri endirib.

“İki sahil” xəbər verir ki, təyyarələrin raket zərbələri endirdiyi yerin İranın Beyrutdakı səfirliyinin yaxınlığında yerləşən bir ev olduğu bildirilir.

Aviazərbələr nəticəsində insan tələfatı olub-olmaması ilə bağlı hələ ki, heç bir məlumat verilmir.