COP29-un nümayəndə heyəti və baş danışıqçısı Yalçın Rəfiyev Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik iclasları çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə əlaqələndirmə görüşü keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.
Görüşdə əsas prioritetlərin təşviqi üçün sıx koordinasiyanın vacibliyi müzakirə edilib və noyabrda keçiriləcək COP29-dan əvvəl davam edən əməkdaşlığın müsbət nəticələri vurğulanıb.
Qeyd edək ki, bu gün COP29 sədrliyi Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəsmiləri ilə görüşlər keçirib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək