24 oktyabr 2024 22:39
278

Elektrikli avtomobillərin satışı əhəmiyyətli dərəcədə artır

2024-cü ildə elektrikli avtomobil satışlarının 17 milyona çatacağı və bu satışların 62%-nin Çində baş verəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu, dünya üzrə ümumi avtomobil satışlarının təxminən 19%-ni təşkil edəcək. 2024-cü ilin ilk yarısında dünya üzrə 7 milyon elektrikli avtomobil satılıb və bu satışların 80%-i Çində qeydə alınıb. Çində ilin ilk yarısında 4 milyon elektrikli avtomobil satılıb. Lakin Çin istisna olmaqla, dünyanın digər bölgələrində artım cəmi 10% olub.

Avropa İttifaqında satışlar sabit qalarkən, ABŞ-da tədricən artım müşahidə olunub. İl sonunda elektrikli avtomobillərin qlobal avtomobil bazarındakı payının təxminən 5%-ə çatacağı gözlənilir. 2024-cü ildə 17 milyon elektrikli avtomobil satışının 10 milyonunun Çində olması proqnozlaşdırılır.

Elektrikli avtomobil satışlarının sürətlə artması ilə 2030-cu ildə satılan avtomobillərin yarısının elektrikli olacağı təxmin edilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, 2030-cu ilə qədər elektrikli avtomobil satışları ümumi avtomobil satışlarının üçdə ikisini təşkil edə bilər. Bu artımın reallaşması üçün elektrikli avtomobillərin şarj infrastrukturu üçün 2030-cu ilə qədər 1 trilyon dollar investisiya tələb olunacağı bildirilir. (Milli.Az)